Yüklənir...

Azospermiya

Azospermiya

Azospermiya mualicesi varmi - azospermiya mualicesi - azospermiya nedir - azospermiya nədir - sifir faiz sperma

Kişilərdə azoospermiya – sonsuzluğun ən çox yayılmış səbəbidir. Patologiyanın mahiyyəti eyakulyatın tərkibində cinsi hüceyrələrin olmamasındadır. Xəstəlik həm birincili, həm də ikincili ola bilər. Birinci halda – onun yaranması irsi səbəblərlə bağlıdır. İkinici halda – əgər patologiya digər patoloji vəziyyət fonunda və ya nəticəsində yaranmışdırsa. Azoospermiya zamanı hamiləlik tamamilə mümkünsüzdür. Əgər cütlük uşaqlar dünyaya gətirməyi planlaşdırırsa, həm kişi, həm də qadın əsaslı və hərtərəfli müayinəyə, daha sonra isə müalicəyə hazır olmalıdırlar. Bu mərhələlərdən hər biri aylarla vaxt aparacaq.

Azoospermiyanın növləri və yaranma səbəbləri

Andrologiyada azoospermiyanı 4 növə ayırırlar. Təsnifat xəstəliyin əsas yaranma səbəbinə əsasən müəyyən edilir.

Obstruktiv azoospermiya – tez-tez rast gəlinən səbəbdir: onun mahiyyəti ondan ibarətdir ki, kişinin reproduktiv (nəsilartırma) sisteminin müəyyən seqmentində nəqledici qabiliyyət pozulur. Sperma və toxum mayesi birləşə bilmir, çünki axarlar tıxaclanmış olur.

Bu patologiya bir neçə səbəbdən yaranır

1. Cinsiyyət sistemi, çanaq sümüyü, qarın boşluğu orqanlarının keçmiş zədələnmələri.

2. Çox vaxt azoospermiya varikosel – xayalıq venalarının varikoz genişlənməsi zamanı müşahidə olunur.

3. Vazektomiya. Bu operativ müdaxilə daha böyük üstünlüyə malik olan bir kontrasepsiya üsulu kimi tətbiq edilir. Cərrahi yanaşmanın mahiyyəti ondan ibarətdir ki, həkim toxum mayesini ixrac edən axarları kəsir, sonra isə onları bağlayır. Bu əməliyyatdan sonra kişinin eyakulyatının tərkibində cinsi hüceyrələr – spermatozoidlər daha olmur.

4. Kişi orqanizminin hormonlarını hasil edən əsas vəzilərə - prostat və xayalara təsir edən infeksion xəstəliklər.

Nadir hallarda pasiyentdə anadangəlmə anomaliya – toxum ifraz edən axarların olmaması müşahidə olunur.

Qeyri-obstruktiv azoospermiyanın mahiyyəti ondan ibarətdir ki, kişi orqanizmi spermanı normal qaydada hasil etmək imkanından məhrumdur.

Belə bir problem bir neçə səbəbdən yaranır:

• Müəyyən farmakoloji qrupa aid olan preparatlarla yaxın keçmişdə və ya hal-hazırda müalicənin aparılması. Onların arasında aşağıdakıları qeyd etmək olar: steroidlər, antibiotiklər, şiş əleyhinə medikamentoz vasitələr, virus əleyhinə dərmanlar.

• Müntəzəm şəkildə zərərli maddələrlə intoksikasiya. Məsələn, psixoaktiv, narkotik vasitələr, alkoqollu içkilər.

• İrsi amil – azoospermiyanın ən çox yayılmış səbəblərindən biridir. Spermatozoidlərin hasilatı ilə bağlı problem pasiyentə irsən ötürülə bilər. Kişi orqanizminin belə bir imkandan məhrum olduğu xəstəliklər rəsmi tibbdə Klaynfelter sindromu və Kallman sindromu kimi müəyyən edilir.

• Hormonal disbalans. Əgər kişidə xayaların fəaliyyəti ilə bağlı problemlər müşahidə olunursa, onlar iltihablanıbsa və ya keçmişdə infeksiya mənşəli ciddi xəstəlik keçirilmişdirsə, böyük ehtimal var ki, sperma hasilatı ilə bağlı problemlər məhz bu səbəbdən yaranmışdır.

• Sekretor azospermiya keçirilmiş radiasiya şüalanması, onkoloji yenitörəmələrin müalicəsi zamanı tətbiq edilmiş şüalanma nəticəsində inkişaf edə bilər.

• Xayaların anadangəlmə inkişaf anomaliyaları, çox vaxt - onların xayalığa düşməməsi (enməməsi) - kriptorxizm

• Zərərli əmək şəraiti, həddindən artıq dar alt paltarının geyilməsi. Qasıq nahiyəsində süni yolla bədən temperaturun yüksəlməsinə səbəb olan amillər mayalanma üçün keyfiyyətli sperma hasil etmək qabiliyyətinə mənfi təsir göstərirlər.

• Retroqrad eyakulyasiya. Onun mahiyyəti ondan ibarətdir ki, eyakulyat orqanizmdən çıxmaq əvəzinə sidik kisəsinə düşür. Bu pozuntunun inkişafına bir neçə hal birdən şərait yaradır – sidik kisəsi boynunun anatomik quruluşu ilə bağlı problemlər, şəkərli diabet, müəyyən farmasevtik qrupa aid olan dərman preparatlarının qəbulu, onurğa beyninin funksional fəaliyyətinin pozulması. Bundan başqa, qeyri-obstruktiv azoospermiya – pestisidlərlə, ağır metallarla və insan orqanizmi üçün təhlükəli olan digər kimyəvi maddələrlə zəhərlənmə nəticəsində də yaranır.

Müvəqqəti (və ya tranzitor) azoospermiya da mövcuddur. O dövri olaraq spermanın tərkibində kişi cinsiyyət hüceyrələrinin olmaması ilə xarakterizə olunur. Belə patoloji hallar arasında qadının təbii mayalanması (döllənməsi) baş verə bilər.

Müvəqqəti azoospermiyanın əsas səbəbləri kimi aşağıdakılar müəyyən edilmişdirlər:

1. Kimyəvi terapevtik preparatlarla müalicə.

2. Stressli mühitdə olma.

3. Yuxunun tam alınmaması.

4. Balanslaşdırılmamış rasion – qidalanmada mikroelementlərin, vitaminlərin defisiti.

5. Ağır fiziki əmək.

6. Cinsi əlaqələrin həddindən artıq tez-tez baş verməsi, bunun nəticəsində cinsi hüceyrələr fizioloji səbəblərə görə yetişə bilmirlər.

7. Müvəqqəti hormonal pozuntular.

8. Həddindən artıq alkoqol qəbulu, narkotiklərin qəbulu.

Bundan başqa, azoozspermiyanın müvəqqəti forması infeksiya mənşəli patologiyaların ağır keçməsi zamanı yaranır – məsələn, əgər kişi orxoepididimit, orxit, prostatit keçirmişdirsə.

Sözügedən xəstəliyin dördüncü tipi – qarışıq azoospermiyadır. Bu halda, kişi eyni zamanda iki problem yaşayır – axarlar bloklanır, xayaların funksional qabiliyyəti aşağı düşür.

Azoospermiyanın diaqnostikası

Diaqnostikanın vacib növü – spermoqrammadır: eyakulyat nümunəsində hərəkətli, həyat qabiliyyətli hüceyrələrin miqdarı müəyyən edilir. İnstrumental müayinə üsulları arasında, azoospermiya zamanı biopsiyadan istifadə olunur. Xaya toxuması xüsusi alətlə götürülür, daha sonra isə morfoloji dəyişikliklərin müəyyən edilməsi üçün histoloji laboratoriyaya göndərilir. Bundan əlavə xayaların doppler müayinəsi və hormonal müayinə təyin edilir.

Azoospermiyanın müalicəsi

Azoospermiyanın müalicəsinin bütün mərhələləri bu halın əsas səbəbinin aradan qaldırılmasına yönəldilir. Hormonal fonu normaya salmaq üçün, pasiyentə müvafiq mənşəli preparatların vurulması təyin edilir. Əgər eyakulyatda spermatozoidlərin yoxluğu iltihabi proseslər nəticəsində yaranmışdırsa, aktiv antibiotikoterapiya həyata keçirmək, qidalanmada qidanın vitaminləşməsinə doğru düzəlişlər etmək lazım gələcək. Əgər spermanın axar üzrə hərəkəti üçün maneə aşkarlanmışdırsa, xaya artımlarında kistalar və xoşxassəli törəmələr əmələ gəlmişlərsə, o zaman əməliyyata ehtiyac duyulacaq. Onların effektivliyi – şübhələr və müzakirələr məsələsi olsa da, halın normallaşmasına ehtimal var. Varikosel nəticəsində toxum (sperma) axarlarının obstruksiyasının yaranması halında dərialtı embolizasiya həyata keçirilir. 

Azoospermiya zamanı süni mayalanma.

Əgər müalicə aparıldıqdan sonra da mayalanma ehtimalı minimaldırsa, həkim köməkçi metodikaları təklif edə bilər. Azoospermiya zamanı süni mayalanma, xayanın biopsiyası yolu ilə kişidən spermanın götürülməsini, daha sonra isə bu bioloji materialla qadının toxum hüceyrəsinin mayalandırılmasını nəzərdə tutur. Əgər eyakulyatda spermatozoidlərin yoxluğuna səbəb olmuş xəstəlik tam müalicə olunmuşdursa, o zaman təbii yolla mayalanma şansları yüksəlir. Çox vacibdir ki, pasiyent köməyin hər bir mərhələsində - diaqnostikadan başlayaraq müalicəyə və mayalanma cəhdlərinədək ixtisaslaşdırılmış həkimlə qarşılıqlı fəaliyyətdə olmaq fikirindən daşınmasın. Həkimin düzgün konsultasiyası və xəstəxanaya vaxtında müraciət etmə növbəti addımların nə dərəcədə müvəffəqiyyətli olacağını təyin edir.

Müəllif: Dr. Orxan Ağabəyov