Yüklənir...

Masturbasiya

Masturbasiya

Masturbasiya (onanizm, əllə boşalmaq) - öz cinci orqanlarının stimullaşdırılması yolu ilə, seksual təmin olunmanın əldə edilməsidir. Müasir baxışlara görə, masturbasiya - cinsi fəaliyyətin qoruyucu klapanı kimi hesab olunur - müxtəlif yaşlardan olan insanlar cinsi həvəs olduqda, lakin onun təmin edilmə imkanları olmadıqda, masturbasiydadan istifadə edir. Masturbasiyanın səbəbləri

Masturbasiyanın(əllə boşalma) əsas səbəbi cinsi yetkinliyə çatma dövrü ilə nigaha daxil olmaq hazırlığı və imkanları arasında mövcud olan uyğunsuzluqdur. İbtidai icma quruluşu dövründə belə problemlər mövcud olmayıb, o dövrdə cinsi və fiziki yetkinliyin baş verməsi (16-17 yaş) ailə qurmaq və müvafiq olaraq cinsi əlaqəyə girmək imkanları ilə eyni vaxta təsadüf edirdi. Belə erkən nigahlar zamanı masturbasiyaya ehtiyac qalmırdı. Müasir inkişaf etmiş cəmiyyətdə ailə qurmaq müddətləri əhəmiyyətli dərəcədə artmışdır – hazırda Azərbaycanda kişilər nigaha, adətən, 27-30 yaşından tez daxil olmurlar. Belə olan halda seksual boşalma ilə onun reallaşdırılması arasında uyğunsuzluq yaranır – yəni evliliyə qədər olan zaman ərzində, cinsi həyat ya olmur və ya qeyri –müntəzəm olur. Bundan əlavə, həmçinin stress, cinsi partnyora marağın azalması, seksdən həzz ala bilmək qabiliyyətinin olmaması, başqa qadına sahib olmaq istəyi, lakin eyni zamanda da fiziki xəyanət istəyinin olmaması (mümkünsüzlüyü) masturbasiyanın səbəblərindəndirlər.

Masturbasiyanın nəticələri

Əgər masturbasiya intensiv (gündə bir neçə dəfə), maniakal xarakter daşıyırsa və uzun müddət davam edirsə, bu halda müxtəlif psixi pozuntular mümkündür və həkim məsləhəti tələb edilir. Bundan əlavə, uzun müddət masturbasiya ilə məşğul olduqda, kişi masturbasiya ilə təbii cinsi əlaqədə olduğundan daha güclü həzz alır, və bu da ailə həyatına disqarmoniya gətirir. Belə kişidə cinsi problemlər ola bilər, belə ki, adi seks onun üçün masturbasiya zamanı yer alan rəngarəng fantazliyalar və orqazmın intensivliyi ilə olduqca maraqsız görünəcəkdir. Beləliklə, masturbasiya həm vərdiş, həm də zəhlə tökən tələbata çevrilir. Nəticədə autoerotizm – qadına olan libidonun sönməsi ilə seksual həvəsin özünə doğru yönlənməsi – inkişaf edir. Həmin vəziyyətin əlamətlərindən biri odur ki, masturbasiya zamanı kişi tez və problemsiz boşalır, qadınla olan cinsi əlaqə isə uzadılmış, eyakulyasiya isə çətinləşmiş olur.

Masturbasiyanın yayılmaqlığı

Klassik məlumatlara əsasən kişilərin 93% və qadınların 62% nə vaxtsa masturbasiya etmişdir. Onanizm başlıca olaraq cinsi yetkinliyə yetişmə yaşında geniş yayılmış olur və normal cinsi həyata başladıqda, adətən yekunlaşır. Bəzilərində onanizm nigah dövründə, normal cinsi həyat zamanı da davam edir və ya həyatın ayrı-ayrı mərhələlərində bərpa olunur.

Masturbasiyaya münasibət

Cəmiyyətdə masturbasiyaya qarşı münasibət həmişə birmənalı olmayıb və belə də qalmaqdadır. Dinin etiqadlara əsasən masturbasiya günah sayılır. Dini qadağalardan əlavə geniş yayılmış, lakin əsasında heç bir faktiki əsası olmayan, masturbasiyanın orqanizmdə dərin patoloji dəyişikliklərə səbəb olması barədə səhf fikirlər də mövcuddur. Lakin başa düşmək lazımdır ki, masturbasiya heç bir psixoloji və ya fiziki pozuntulara, sonsuzluğa, impotensiyaya, qapalılığa, korluğa, ağıl qabiliyyətlərinin azalmasına, cinsiyyət orqanlarının kiçilməsi və ya inkişafdan qalmasına və s. gətirib çıxarmır. Lakin eyni zamanda masturbasiya cinsi orqanın ölçülərini də böyütmür və tamlıqla cinsi aktı əvəz edə bilməz, belə ki, seksual həyat – bu heç də sadəcə hərəkətlər deyil, həm də qarşılıqlı münasibətlər, romantika, emosiyalardır.

Masturbasiyanın profilaktikası

Masturbaiya mədəniyyətlərin hər birində vardır və tarixin bütün mərhələlərində mövcud olmuşdur. Lakin bu artıq zəhlə tökən ideyaya çevrilməklə sizin normal həyat yaşamanıza mane olursa, deməli onun qarşısını almaq lazımdır. Bax beləcə, bütün iradənizi yumruğa toplamaq və özünüzün bütün ehtiraslarınızı nəzarətə götürmək lazımdır.

Masturbasiya istəyinin yaranmasına səbəb olan hər şeydən yaxa qurtarın. Ümumqəbul edilən həvəs oyatmalar:

• Pornoqrafiya: əgər sizin artıq belə kolleksiyanız varsa, siz isə ciddi şəkildə masturbasiyadan imtina etmək qərarı qəbul etmisinizsə, siz o kolleksiyanı məhv etməlisiniz. Jurnalları yandırın, diskləri təmizləyin və pornosaytlara daxil olmayın.

• Günün müəyyən saatlarında: əgər sizdə yatmamışdan qabaq və ya duşda olan zaman masturbasiya həvəsi yaranırsa, bundan özünüzü saxlayın. Misal üçün, əgər siz bunsuz yata bilmirsinizsə, jim etməyə başlayın və o vaxta qədər davam edin ki, artıq yuxudan başqa heç nə ağlınıza girməmiş olsun. Əgər bu istək siz duşda olan zaman yaranırsa, dərhal suyu buz kimi edin və siz yaranmış istək haqqında dərhal unudacaqsınız.

• Darıxmaq: əgər sizin fikirləriniz darıxmaq səbəbindən daimə seksual əyləncələr istiqamətinə doğru yönəlirsə, özünüzə məşğuliyyət tapın. Siz həddən artıq məşğul olsanız və ya yorğun olsanız, masturbasiyadan uzaq qaçmaq bir o qədər asan olacaqdır.

• Tənhalıq: siz masturbasiya ilə özünüzü tənha hiss etdiyinizdən məşğul olursunuzsa, tənhalınığızı məhdudlaşdırın. Əgər bütün boş vaxtlarınızı dostlarınızla keçirsəniz, masturbasiya üçün vaxtınız da qalmayacaq.

Öz enerji və vaxtınızı sərf etmək üçün digər istifadə sahəsi tapın. Öz həyatınızı fəaliyyətlə doldurun. Tapdığınız yeni bir məşğuliyyət sizi masturbasiyadan uzaq tuta bilər. Aşağıdakıları sınaqdan çıxarın:

• Musiqi alətlərində ifanı öyrənin, foto, dizayn və məhsuldarlıq hissi yaradacaq fəaliyyətlə məşğul olun.

• İdmanla məşğul olun. Trenajor zalına yazılın və ya üzgücülüklə məşğul olun.

• Özünüzə yeni hobbi tapın və ya öz bacarılarınızı inkişaf etdirin. Nəyəsə öyrənmə sizin düşüncələrinizi məşğul edəcək və diqqətinizi masturbasiyadan yayındıracaqdır.

Bəzi hallarda yardım üçün müraciət etmək də zəruridir. Əgər siz hər şeyi sınaqdan çıxarmısınız və özünüzün asılılığınızı nəzarətə götürə bilməmisinizsə, həkimin qəbuluna yazılın və düzgün seçilmiş strategiya nəticəsində siz bütün problemlərdən qurturulacaq və tam mənalı bir cinsi həyata başlayacaqsınız. Və inanın ki, hər şey super olacaq!

Müəllif: Dr. Orxan Ağabəyov