Yüklənir...
Fiziologiya nöqteyi-nəzərindən fiziki hərəkətlər təkcə sağlamlığı deyil, həm də cinsi gücün artırılması üçün xeyirlidir. Hətta orqanizmi də cavanlaşdırır. Artıq sübut edilib ki, bodibildinq kişilər üçün “əbədi gənclik” mənbəyidir. Treninq və sağlam pəhriz sümük və əzələləri möhkəmlədir, piyi əridir, güc və dözümlülüyü inkişaf etdirir, əhvalı və yuxunu yaxşılaşdırır – və bütün bunlar cinsi həvəsin artmasına gətirib çıxarır. Orta və yuxarı yaşlı kişilərdə fiziki hərəkətlər hətta, “gənclik” hormonlarının yaranmasına da səbəb ola bilər. Lakin bütün bunların işləməsi üçün məşqlərin balanslaşdırılması lazımdır: çəkilərlə işləmə, aerob məşqlər və qıvraqlığın inkişafı – kompleks şəkildə və normal dozalarda. Həftə ərzində 3-4 belə 1 saatlıq məşqlər və siz yataqda yüksəklikdə olacaqsınız. Bunun isə çoxlu sayda adicə fizioloji səbəblər vardır. Hərəkətlər cinsi orqanın mağaravari hissəsində damarları genişləndirir, bununla da qanın dövranı yaxşılaşır, deməli ereksiya da yaxşılaşır.
Psixologiya
Özünüz başa düşürsünüz ki, seks – sadəcə fiziologiya demək deyil. Cox şey, özünü qiymətləndirmədən də asılıdır. Psixoloji nöqteyi-nəzərdən özünü qiymətləndirmə - seksuallığın çox mühüm amillərindən biridir. Əgər siz öz bədəninizdən narazısınızsa və ya ona gərə utanırsınızsa, çətin ki, siz seksdən həzz ala biləsiniz. Misal üçün, artıq çəkisi olan kişilər çox hallarda özlərinə “balaca cinsi orqan”la bağlı əzabverici şübhələrlə zülm edirlər. Doğrudan da, bədənlərinin ətliliyi fonunda cinsi orqan elə bil ki, itir və həqiqətdə olduğundan kiçik görünür. Bu səbəbdən hətta cinsi zəiflik da yarana bilər. Xöşbəxtlikdən, problem həll ediləndir: kifayət edir ki, pəhriz saxlansın, idmanla məşğul olunsun, artıq çəki atılsın – hər şey öz normasına qayıdır. Öz xarici görünüşünə həddən artıq diqqət yetirilməsi, başqa sözlə desək, narsisizm də seksual həyat üçün ciddi maneə ola bilər. Belə də olur ki, adam özünün kənardan necə görünməsi fikrinə aludə olur. Xüsusilə də bu yeni partnyorla ünsiyyətdə özünü daha çox göstərir. Yataq da isə bu fikirlərlə çox uzağa gedə bilməzsiz! Yumşaq desək, bu fikirlər əsas məsələdən diqqəti yayındırır.
Hər şey ölçüsündə olanda gözəldir
Məşq etmək orqanizm üçün faydalıdır. Lakin artıqlığı – heç də həmişə deyil. Treninqdə də, həyatda olduğu kimi “dərrakənin sərhədləri” mövcuddur. Əgər bu sərhədləri keçsəniz, hər bir şey zərər görəcək: sağlamlıq, hal-əhval, əlbəttə ki, seks. Mümkündür ki, həddən artıq məşq etmək sizi zədə və xəstəliyə gətirməyəcək. Mümkündür ki, sizin əzələlərinin öz polad möhkəmliyini qoruyacaq ... Lakin belə ola bilər ki, bədənin bir və heç də azəhəmiyyətli olmayan bir hissəsi lazım olan anda yararsız olsun. Məsələ ondadır ki, həddən artıq uzun məşqlər testosteronun səviyyəsini aşağı salır. Eyni qayda da sperma hazırlığı prosesi də aşağı düşür.
Ağıllı sərhədlər çərçivəsində treninq isə, əksinə, testosteronun səviyyəsini artırır. Və əgər siz ağılla məşq etsəniz sizin potensiyanız heç vaxt azalmayacaq. Əlbəttə, intensivliyi artırmaq lazımdır – yoxsa əzələlər artmayacaq. Lakin bunu tədricən etmək lazımdır, çaparaq olaraq deyil. Aydındır ki, həddən artıq intensiv treninq cinsi gücə mənfi təsir göstərir. Elə istənilən yorulma və ya stressdə olduğu kimi. Təəsüf ki, bir çox kişilər hesab edirlər ki. onlarda ereksiya “ilk tələb edilən kimi” yaranmalıdır. Bu çox geniş yayılmış yanlışlıq bir çox hallarda faciəyə səbəb olur. Siz yorulmusunuz, ağır bir gün keçirmisiniz, həddən ağır məşq, sizi nə isə narahat edir ... Təəcüblü deyil ki, sizdə bu zaman heç nə alınmayacaq! Bir və tək uğursuzluq hələ heç nə demək deyil. Xüsusilə də o, boş yerdən yaranmayıbsa, tam başadüşülən səbəblərdən əmələ gəlib. Bir çox kişilər bu halda ümidsizliyə düşürlər və cinsi gücləri haqqında vaxtından tez qərar verirlər. Özünüz özünüzə heç vaxt düşmən olmayın. Öz orqanizminizə anlayışla yanaşın və əmin olun ki, gələn dəfə hər şey həmişə olduğu kimi olacaq!
Nəticələr
Gördüyünüz kimi “dəmir ” və seks bir biri ilə gözəl anlaşırlar: sadəcə ölçüləri gözləmək lazımdır.
Ağırlıqlarla hərəkətlər dözümlülüyü artırır, əzələlərlə iş öz bədənini hiss etmək və ona sahib olmağı öyrədir. Siz öz cinsi cəlbediciliyinizi daha çox hiss edirsiniz və yataqda özünüzü sərbəst aparırsınız. Bundan əlavə, sizin həmişə nümayiş etdirməyə nəyinizsə də var !
Lakin yadda saxlayın: seksə daha bir idman növü kimi yanaşmaq olmaz! Yaxşı məşuq olmaq üçün güc, dözümlülük və güclü potensiya kifayət deyil. Əsl kişi həmişə öz partnyoru haqda da düşünür, hiss edir ki, ona nə lazımdır, nə zövq verir. Tək götürmək deyil, həm də vermək lazımdır: cinsi əlaqədə olmağın məğzi də elə bundadır.
Müalicə üsulları
Əgər sizdə ereksiya ilə bağlı problemlər yaranıbsa, özünü müalicə ilə məşğul olmayın və şarlatanlar və ekstrasenslərin yanına qaçmayın. Mütəxəssis həkimə(androloq) müraciət edin. Son zamanlar, cinsi zəifliyi müalicə etmək üçün çoxlu sayda effektiv müalicə üsulları var və bu üsullar sizə kömək edə bilər. Uğurlar!
www.atlet.az saytı üçün
Müəllif: Dr. Orxan Ağabəyov