Yüklənir...
Xaya kistasi - Xaya kistası - Xaya kista - Xayada kistalar - Xayalarda kistalar
Xaya artımının kistası və ya spermatosele, habelə toxum ciyəsinin kistası və ya funikulosele dairəvi formalı həcmli törəmədir. Bu, bütün kistalar kimi, sıx fibroz qişa və ya kapsul ilə əhatə olunan maya yığınıdır. Xaya artımının kistası və ya spermatosele 20 yaşdan yuxarı kişilərdə tez-tez rast gəlinən xəstəlikdir. Bu, bütün xaya patologiyalarının təxminən 10%-ni təşkil edir. Kista adətən xaya artımının başı zonasında lokallaşır. Bu zaman kista xayadan ayrı olaraq palpasiya edilir. Pasiyentlər çox vaxt onu “üçüncü xaya” adlandırırlar. Xaya artımının kistasına (spermatosele) toxum ciyəsinin kistasından (funikulosele) daha tez-tez rast gəlinir.
Xaya kistasının səbəbləri
Anadangəlmə xaya artımı kistası və qazanılmış xaya artımı kistası bir-birindən fərqləndirilir. Anadangəlmə xaya artımı kistası bətndaxili dövrdə Müller axarı sonasındakı sahənin patologiyası nəticəsində formalaşır. Axar bitişmədiyindən kista daxilində maye yığılır və kisəciyin boşluğundan qişalarla ayrılır.
Kişilərdə qazanılmış xaya artımı kistası xaya torbasının zədələnməsi, xaya və xaya artımı nayihəsində iltihab nəticəsində yaranır. Bu üzdən bir və ya bir neçə toxum ciyəsi bağlanır. Nəticədə toxum mayesi yığılır və kista yaranır. Kista daxilində spermatazoid fraqmentləri aşkar edilə bilər.
Xaya kistasının əlamətləri
Xaya artımı kistasının ölçüləri bir neçə millimetrdən bir neçə santimetrə qədər ola bilir. Xaya artımı kistalarının əksəriyyətinin kliniki əlamətləri olmur. Bəzən, kista böyük ölçülərdə olduqda, qasığda və xayalarda ağrılar ola bilir. Əlamətlər hava şəraiti dəyişdikdə və ya cinsi akt zamanı güclənə bilir. Nadir hallarda kistalar artımın keçidini sıxa, bununla da sonsuzluğu formalaşdıra bilir.
Diaqnostika
Xayaların doppler müayinəsi xaya artımı kistalarının diaqnostikasında əsas metod sayılır. Adətən kista profilaktiki baxış zamanı aşkar edilir. Böyük ölçülü kistaları, xayaların palpasiya zamanı da aşkar edilə bilər.
Xaya kistasının müalicəsi
Törəmə böyük olmadıqda və xəstə şikayət etmədikdə müalicə tələb olunmur. Dərman preparatlarının köməyi ilə xaya artımının müalicəsi (götürülməsi) mümkün deyil. Ağrı və ya diskomfort yarandıqda, kista cərrahi yolla götürülür. Ağrıkəsicilərdən istifadə etməklə xayalıq nayihəsi bir qədər yarılır və kista kəsilir. Tikişlər 5-7 gün sonra çıxarılır. Cinsi həyata 10 gündən sonra başlamaq olar.
Xaya artımının kistasının profilaktikası
Xaya torbasını zədələrdən qorumaq lazımdır. Xaya artımının kistasına şübhə yarandıqda, androloqa müraciət etmək və xayaların doppler müayinəsindən keçmək məsləhətdir. Bu, müalicənin zəruri olub-olmadığını obyektiv qiymətləndirmək imkanı verir. Uğurlar!
Müəllif: Dr. Orxan Ağabəyov