Yüklənir...

Xayalarda ağrı

Xayalarda ağrı

Xayada agri - Xayada ağrı -  Xaya ağrısı - Xaya agri - Xayalarda ağrıların səbəbləri -Xaya ağrılarının müalicəsi - Xayada ağrılar - Xayada aqrilar - Xaya agrisi

Xayalıqda ağrı kişini istənilən yaşda, hətta uşaqlıq dövründə belə narahat edə bilər. Yetkin yaşda ağrının səbəbini müəyyən etmək daha asandır, nəinki yeniyetmə və uşaqlıq dövrlərində. Xayalıq yumurtaların, toxum ciyələrinin aşağı hissəsinin və xaya artımlarının (lat. epididymis) yerləşdiyi, əzələlərdən və dəridən ibarət olan strukturdur. Xayalığın daxili boşluğu xüsusi arakəsmə ilə iki yerə bölünür və hər bir hissədə toxum ciyəsi, xaya artımı və xaya yerləşir. Vaxtında kömək edildikdə, xayalıqda ağrı hisslərinin yaranmasına səbəb olan bir çox xəstəliklər (epididimit, xayanın burulması, hematosele və ya qasıq yırtığının sıxılması) asanlıqla müalicə olunur.

Hansı əlamətlər zamanı həkimə müraciət etmək lazımdı?

Xayalıqda xoşagəlməz hisslərin yaranmasının səbəbini özbaşına müəyyən etmək kifayət qədər çətindir. Aşağıdakı hallarda androloqa müraciət etmək lazımdır:

- xayanın birinin ölçüsü, forması və ya sıxlığı dəyişib;

- xayalıqda gözlənilmədən kəskin ağrı yaranıb;

- xayalıqda kəsilməyən ağrılar, zaman keçdikcə ağrılılıq güclənir; - testikullar nahiyəsində keçməyən posttravmatik (zədələnmədən 1 saat sonra və ya daha gec narahat edən) ağrılar;

- xayalara toxunduqda ağrı hisslərinin yaranması; - xayalıqda ağrı titrətmə, qusma və ürəkbulanma ilə müşayiət olunur;

- xayaların səthində palpasiya(əl vuran zaman) zamanı aşkarlanan ağrısız və ya ağrılı törəmələr yaranıb.

Yuxarıda təsvir edilmiş əlamətlərlə xarakterizə olunan xəstəliklərin böyük qismi kifayət qədər yaxşı öyrənilib, onların müalicə metodikası ətraflı şəkildə tədqiq edilibdir. Buna görə də, androloqa vaxtında müraciət etdikdə, tez bir zamanda sağalmağa əminliklə ümid etmək olar.

Xaya ağrılarının səbəbləri

Xayalıqda ağrı hisslərinin yaranmasının ən çox yayılmış səbəbləri aşağıdakılardır:

Mexaniki təsir – əzilmə və ya zərbə nəticəsində yaranan ən çox yayılmış ağrı səbəbidir. Ciddi zədələnmə zamanı güclü ağrı şoku huşun itirilməsinə səbəb ola bilər. Əgər zədə ciddi deyilsə, ağrı tədricən arta bilər, eyni hal xroniki travmatizasiya zamanı da baş verir. Əzilmə nəticəsində xayanın bütövlüyü çox nadir hallarda pozulur, belə bir hal yalnız deşici və kəsici travmalar zamanı baş verə bilər. Bu zaman operativ tibbi müdaxilə mütləqdir, özünü müalicə xayanın itirilməsinə və ya sonsuzluğa gətirib çıxara bilər.

Qasıq yırtığı – xayalığa bağırsaq düyününün nüfuz etməsi testikullara kifayət qədər güclü təzyiq göstərə bilər və bunun nəticəsində güclü ağrı yarana bilər. Həmçinin, yırtıq zamanı peritonun qabağa çıxması toxum ciyəsinin sıxılmasına gətirib çıxarır, bəzi hallarda xəstəlik ağrılarla müşayiət olunmadan, gizli formada keçə bilər. Qasıq yırtığı ağırlaşdıqda və ya sıxıldıqda cərrahın köməyi tələb olunur.

İnfeksion-virus xarakterli xəstəliklərin səbəb olduğu iltihabi proses. Onlara aşağıdakılar aiddir:

- epididimit – xayalığın böyüməsi və xayalar nahiyəsində güclü ağrıların başlaması ilə xarakterizə olunan xaya artımlarının iltihabıdır. Epididimitin əlamətləri hərarətin yüksəlməsi, qeyri-ixtiyari və ağrılı sidik ifrazı, uretrada yandırma hissidir. Xəstəlik çox vaxt cinsi infeksiyaların ağırlaşmalarından birinin nəticəsində yaranır, onun törədiciləri kimi qonokoklar və xlamidiyalar çıxış edə bilərlər;

- orxit – xayalara təsir edən və keçirilmiş parotitin (qulaqdibi xəstəliyinin) ağırlaşması nəticəsində yaranan iltihabi prosesdir. Bədən temperaturu sıçrayışlarla yüksəlir, xaya şişir və ağrıyır, bu cür simptomlar 14 günədək davam edə bilər. Daha sonra xayanın ölçüsü tədricən kiçilir, bu proses 2 aya uzana bilər (ağır hallarda testikullar atrofiya oluna bilərlər). Adətən zədələnmiş xayalar öz funksiyalarını itirmirlər, lakin onlar əvvəlkindən daha az sperma hasil edirlər;

- prostatit – prostat vəzinin toxumalarının iltihabıdır. Çox vaxt xəstəlik özünü büruzə vermir, lakin ağır hallarda o xayalığa və aralıq nahiyəsinə vuran güclü ağrılar, hərarətin yüksəlməsi, sidik ifrazının tez-tez baş verməsi və titrətmə ilə müşayiət oluna bilər.

Xayanın burulması – xayanın öz oxu ətrafında fırlanmasıdır, bunun nəticəsində toxum ciyəsinin həddindən artıq burulması baş verir. Nəticədə sperma və qan daşıyan kanallar sıxılır, qan dövranı pozulur. Kömək üçün vaxtında müraciət edilməsə, xaya ölə bilər, burulma cərrahi müdaxilə yolu ilə aradan qaldırılır.

Varikosel – toxum ciyəsi venalarının varikoz genişlənməsi ilə xarakterizə olunan xəstəliyidir. Xayalarda ağrılarla müşayiət olunur, xəstəliyin vaxtında müalicə olunmaması sonsuzluğa gətirib çıxara bilər.

Sidik-tənasül sisteminin patologiyaları – xayalıqda ağrılara sidik daşı xəstəliyi, yenitörəmələrin, şişlərin və ya böyrəklərdə kistalarin olması, xroniki sistit səbəb ola bilər. Əgər sizi xayalıqda ağrılar narahat edirsə, vaxt itirmədən androloqa müraciət edın. Operativ kömək ən qısa zamanda xəstəliyin öhdəsindən gəlməyə və ağırlaşmaların qarşısını almağa imkan verəcək. Və ağrıların əsl səbəbini asanlıqla müəyyən edəcək, maksimum effektivliyə malik olan müalicə kursunu təyin edəcək və sizə xəstəliyin mənfi nəticələrinin və residivinin qarşısının almağa kömək edəcək məlumatlar verəcəklər.

Müəllif: Dr. Orxan Ağabəyov