Yüklənir...

Cinsi gücün 7 əsas düşməni

Cinsi gücün 7 əsas düşməni

Düşmən nömrə bir — işdir. İndiki zamanda cinsi zəifliyin yaranmasında oturaq ofis həyat tərzinin böyük payı vardır. Az hərəkətli həyat tərzi, ayaqüstü “tez-bazar” qidalanma, stresslər – bunların hamısı ona gətirib çıxarır ki, xırda damarlar, o cümlədən kiçik çanaq damarları qan ilə pis təchiz olunurlar.

Lazımi anda onlar qan ilə dolub sağlam ereksiya əmələ gətirməyə qadır olmurlar. Çıxış yolu: İdman zalına, hovuza getmək və ya parkda qaçışlar etmək – bu sizə kiçik çanaq orqanlarının damarlarında qan durğunluğunun və bunun nəticəsi kimi impotensiyanın qarşısını almağa kömək edəcək.

Düşmən nömrə ikisiqaret çəkmə, alkoqollu içkilərin həddindən artıq qəbulu, narkotiklər və bəzi dərmanların qəbuludur. Ereksiya pozğunluğuna həmçinin sidikqovucu vasitələr, təzyiqin artırılması üçün preparatlar, kardioloji dərmanlar, trankvilizatorlar, antidepressantlar, qastritin və mədə xorasının müalicəsi üçün preparatlar, hormonal preparatlar da səbəb ola bilərlər. Çıxış yolu: zərərli vərdişlərdən imtina etmək, optimal dərmanların və həyat tərzinin seçilməsi üçün tibbi müayinədən keçmək.

Düşmən nömrə üç — yataqda əsası olmayan qorxular: bəs birdən alınmadı? Səbəb — həm işdə, həm də xanım partnyorlarla münasibətlərdə həddindən artıq psixoemosional yüklənmələrdədir. Üstəlik, özünə inamsızlıq – bunların hamısı yataqda “işlərin” yaxşı getməməsinə gətirib çıxara bilər. Bəzən bu cinsiyyət sistemində keçirilmiş əməliyyatdan sonra baş verir, çünki ağrının və ya xoşagəlməz hisslərin təkrarlanması qorxusu qalır. Çıxış yolu: uğursuzluqlar, və həll olunmamış problemlər üzərində çox düşünməmək. Daha çox pozitiv, müsbət emosiyalar, yaxşı insanlarla ünsiyyət, maraqlar üzrə məşğuliyyətlər tövsiyə olunur. Həmçinin həkimə müraciət etmək və stimullaşdırıcı müalicə kursu keçmək olar.

Düşmən nömrə dörd — prostatit. Prostat vəzində iltihab prosesi sidik ifrazının pozulmasına və potensiyanın azalmasına gətirib çıxarır. Çıxış yolu: qarının aşağı hissəsində ilk xoşagəlməz əlamətlər müşahidə olunduqda dərhal mütəxəssisə müraciət etmək və müalicə kursu keçmək.

Düşmən nömrə beş - yaş. Kişi hormonu – testesteronun miqdarı, əfsuslar olsun ki, yaşla azalır (hər il təxminən 1%). Bu fonda seksual funksiyanın təbii zəifləməsi baş verir. Çıxış yolu: yaxşı köklənmə — müvəffəqiyyətin artıq yarısıdır. Üstəlik, düzgün qidalanma, hərəkətli həyat tərzi, minus zərərli vədişlər.

Düşmən nömrə altı — ürək-damar xəstəlikləri. Əgər sizdə ürək işemiyası, hipertoniya, ateroskleroz vardırsa, o zaman sizin cinsiyyət sisteminizin də işi yaxşı olmayacaqdır. Bu baxımdan daha bir və ən böyük düşmən – şəkərli diabetdir. Çıxış yolu: yaxşı mütəxəssis tapıb bütün bu xəstəliklərin müalicəsi ilə məşğul olmaqdır. Üstəlik dəstəkləyici terapiya, pəhriz. Çünki ereksiya ilə bağlı problemlər keçirilmiş insult fonunda da meydana gələ bilərlər. Bu baş və onurğa beynində qıcıqlanma impulslarının keçiricilik qabiliyyətinin pozulması ilə bağlı ola bilər.

Düşmən nömrə yeddi – çanaq travmaları. İmpotensiyanın inkişafına həmçinin travmalar və çanaq sınıqları səbəb ola bilər. Çıxış yolu: müalicə və mütləq qaydada cərrahın və androloqun konsultasiyasıdır.  Uğurlar!

Müəllif: Dr. Orxan Ağabəyov