Yüklənir...
Psixoloji cinsi zeifliyin mualicesi - psixogen cinsi zəiflik - psixoloji cinsi zeiflik - psixoloji cinsi zəiflik
Psixogen cinsi zəiflik zamanı kişinin bütün fiziki göstəriciləri(analizlərin cavabları) norma çərçivəsində olur, lakin həyəcan və qorxu nəticəsində cinsi fəaliyyətdə problemlər yaranır və cinsi əlaqə zamanı ya ereksiya zəif olur və ya ereksiya umumiyyətlə yaranmır. Qorxular, həyəcan, özünə əminsizlik, yanlış düşüncə tərzi, nevrozlar, depressiv psixoemosional vəziyyət nəticəsində yaranan cinsi zəiflik – psixogen cinsi zəiflik adlandırılır.
Bu problemi, cinsi uğursuzluq gözləmə sindromu da, adlandırırlar. Bu sindrom daha çox gənc yaşlarında, cinsi həyata başlama mərhələsində daha çox rast gəlinən haldır.
Bir təsadüfi uğursuzluq epizodu istənilən kişidə həyəcan və narahatlıq hissi yaradır. Bu mexanizm məhz cinsi əlaqə zamanı işə düşür və ereksiya pozulur. Qorxu daha da güclənir, özünü proqramlaşdırma işə düşür. Kişi bu məsələ ilə bağlı daha çox həyəcan keçirdikcə, bu problem özünü daha da güclü təzahür etdirməyə başlayır.
Bu problemlə rastlaşan kişi, özünə əminsizlik hissinin öhdəsindən gəlməyə çalışır, amma cinsi əlaqəyə girmək cəhdləri onunla yekunlaşır ki, kişi öz hərəkətlərinə və yaranan reaksiyalara daha çox fikir verməyə, onları dəyərləndirməyə başlayır. Diqqətin bu qədər bu məsələ üzərində cəmləşdiriliməsi problemi daha da dərinləşdirir və nəzərə çarpan edir.
Buna görə də, bu qüsurlu dövran müşahidə olunur:
1. İlk cinsi zəiflik epizodu.
2. Kişi sonrakı mümkün uğursuzluqdan qorxmağa başlayır və bu münasibtlərə həzz prosesi kimi deyil, imtahan kimi yanaşır.
3. Nəticədə kişi intim yaxınlıq zamanı öz vəziyyətini müşahidə etməyə başlayır.
4. Cinsi zəiflik təzahürləri daha da artır.
5. Uğursuzluğa uğramaq qorxusu daha da güclənir.
6. Nəticədə psixogen cinsi zəiflik yaranır.
Psixogen cinsi zəifliyin səbəbləri
Cinsi zəifliyin psixogen əlamətləri
Psixogen cinsi zəifliyın orqanik(fiziki) cinsi zəiflikdən fərqi
Psixogen cinsi zəifliyın müalicəsi
Müəllif: Dr. Orxan Ağabəyov