Yüklənir...

Cinsi zəifliyin təbii müalicəsi

Cinsi zəifliyin təbii müalicəsi

Cinsi zeifliyin tebii yolla mualicesi - Sərtləşmə problemi - cinsi problem - cinsi problemler - kisi cinsi problemleri 

Kişi cinsi gücünün artırılması üçün xüsusi gimnastikaya əsaslanan sadə və olduqca effektli metodikadan istifadə edin. Hər səhər və axşam, bir neçə dəqiqə ərzində cəmi altı xüsusi hərəkətdən ibarət  xüsusi gimnastika sayəsində,  Siz bir neçə gün sonra potensiyanın yaxşılaşmasını görəcəksiniz, eləcə də  fəal cinsi həyatınızı təmin edə biləcəksiniz. Potensiyanın artırılması üçün olan hərəkətlər həm zəif, həm də normal potensiyası olan kişlərə üçün faydalı olacaqdırlar.

Cinsi gücün artırılması üçün olan hərəkətlər necə təsir edir?

Hərəkətləri yerinə yetirən zaman qasıq-büzdüm əzələləri məşq etdirilir ki, onlar cinsi orqanın ereksiya zamanı qalxmasına görə cavabdehlik daşıyırlar. Qasıq-büzdüm əzələsi nə qədər yaxşı  məşq etdirilərsə, ereksiya da bir o qədər güclü və uzunmüddətli olacaqdır. Bu onunla izah edilir ki, cinsiyyət orqanı nahiyəsinə qan dövranı güclənir və cinsiyyət orqanı daha çox qanla dolur.

Hərəkət 1. «Parad addımı»

Siz düz durursunuz, əllər aşağı salınıb – Şək.1. və maksimal şəkildə dizləri yuxarı qaldırmaqla addımlamağa başlayırsınız və elə bil ki, onları qarnınıza doğru sıxırsınız – Şək. 2.

Hərəkət 2. «Daşı saxlamaq»

Siz düz dayanırsınız, əllər beldə, hərəkət 1-də olduğu kimi. Dizlər azacıq qatlanmış vəziyyətdədir (!). İndi isə dizləri daha güclü qatlayın və güclü gərginləşdirin və yumurtalıqların əzələlərini bir neçə dəfə boşaldın, elə bil ki, onların arasında sıxılmış daşı saxlayırsınız – Şək 3.

Dizlərinizi sona qədər aşmadan düzəlin.

Hərəkət 3. «Skippinq»

Siz düz dayanırsınız, dizlər azacıq qatlanmış vəziyyətdədir. Elə bil ki, yerində qaçışa başlayırsınız, lakin pəncələriniz döşəmədən ayrılmır, ancaq növbə ilə dabanlar yerdən ayrılır – tez-tez yerində durmaqla ayaqdan ayağa keçirsiniz və maksimal dərəcədə cəld dizləri növbə ilə irəli çıxarırsınız. Ancaq dizlər hərəkət edir – irəli-geri! Şəkil 4-5. Hərəkəti maksimal cəldliklə və başlanğıcda bir dəqiqəqədn artıq olmamaqla yerinə yetirmək lazımdır.

Hərəkət 4. «Körpü»

Siz kürəyi üzərində uzanırsınız. Şək. 6-da göstərildiyi kimi: Dizlər yarım qatlanmış vəziyyətdə və pəncə döşəməyə dayaqlanmışdır. Əllər bədən boyu. Kürəyiniz bərabər ölçüdə döşəməyə dəyir. İndi çanağınızı Şək. 7-də göstərildiyi kimi qaldırın.

Hərəkət 5. «Cinsi güc əzələləri»

Demək olar ki, bu başlıca hərəkətdir. Siz 4-cü hərəkətdə olduğu kimi kürəyi üstə uzanırsınız. Ayaqlar azacıq aralıdır və bilvasitə “cinsi güc əzələsini” gərginləşdirməyə və boşaltmağa başlayırsınız. Onlar anus dəliyi ilə xayalar arasında, daxildə yerləşirlər. Şək. 8.

Onları çalışdırmaq üçün cəhd etmək lazımdır ki, gərginləşən zaman anus dəliyi ilə xayalar yaxınlaşmış olsunlar. Oxşar gərginlik siz sidiyə getməni sıxıb saxladığınız zaman da yaranır – özüü də bu zaman yan əzələləri boşalmış vəziyyətdə qalırlar.

Bu hərəkətin yerinə yetirilməsində məqsəd hərəkətlərin sayı deyil, Sizin “cinsi güc əzələlərinin” gərginliyini yarada bilmə gücünüzün artırılmasıdır.

Hərəkət 6. «Tozsoran»

“Cinsi güc əzələlərinin” inkişafı üşün daha bir hərəkət: Siz  azacıq irəli doğru əyilməklə stulda oturmusunuz, lakin çiyinlər düz saxlanılır. Şək. 9.

Təsəvvür edin ki, misal üçün, stulun oturacağına dənələr səpələnib və Siz,  öz düşüncənizdə, xayalar və anus dəliyi arasındakı zona ilə, əzələlərinizlə, lap tozsoranda olduğu kimi onları daxilinizə sovurmaq istəyirsiniz. Sərbəst olun və hərəkəti bir neçə dəfə təkrar edin. Əgər Siz hərəkəti düzgün yerinə yetirirsinizsə, onda yan əzələləri bu zaman praktiki olaraq sərbəst vəziyyətdə qalmalıdırlar.

Kişilərdə nə zaman cinsi gücün zəifləməsi haqqında danışmaq olar və bu gimnastikanın tətbiq edilməsi faydalıdır?

  • “səbəbsiz” şəkildə seksə marağın azalması, “başlamaq tənbəlliyi”, “tonusun olmaması”
  • gecə və səhərlər ereksiyanın(sərtliyin) mövcud olmaması
  • ereksiya zamanı cinsi orqanın kifayət qədər bərk olmaması
  • cinsi əlaqə zamanı ereksiyanın zəifləməsi və cinsi əlaqəni sona çatdıra bilməmək

Bu problemlərin səbəbi nədir?

Əsas səbəblərdən biri - cinsi orqanın mağaralı cisimlərinin kifayət qədər qanla dolmamasıdır ki, bu da cinsi orqanın ereksiya zamanı kifayət qədər bərk olmasına mane olur.

Yuxarıda göstərilən hərəkətlər necə kömək edirlər?

Hərəkətlərin yerinə yetirilməsindən sonra “cinsi güc əzələlərinin” fəaliyyətinin güclənməsi sayəsində cinsiyyət orqanı nahiyəsində qan dövranı və onun qanla dolması yaxşılaşır ki, nəticədə  ereksiya da yaxşılaşır.

Ümumi tövsiyyələr: yükləmələri olduqca tədricən artırmaq, hərəkətlərin sayını hissiyatınıza uyğun olaraq etməklə, hər bir hərəkətin 10 dəfədən artıq olmamaqla yerinə yetirilməsindən başlayın – və effekti bir neçə gündən sonra hiss edəcəksiniz . Uğurlar!

Müəllif: Dr. Orxan Ağabəyov