Yüklənir...

Genital herpes

Genital herpes

Kisilerde cinsi orqanda sepkiler - kishilerde herpesin mualicesi - herpesin mualicesi - kisi cinsi orqaninda yaralar cinsi orqanda sizanaqlar

Herpes virusu dəri və selikli qişaları (daha çox sifətdə və cinsi orqanlar nahiyəsində), mərkəzi sinir sistemini, gözləri zədələyir. Herpes virusu hamiləlik və doğum patologiyasına səbəb olur, çox zaman öz - özünə əmələ gələn abortlara və dölün məhv olmasına gətirib çıxarır.

Genital herpes ilə yoluxma

Genital herpes ilə yoluxma uşalıq yolu (vagina), ağız və düz bağırsaqda cinsi əlaqə zamanı mümkündür. Xəstəliyin  simptomları olan insanlar daha çox yoluxucudur. Yoluxmanın məişət yolları az ehtimal olunandır. Herpes zamanı inkubasiya dövrü orta hesabla 2 gündən 10 günədək, bəzən 3 həftəyədək davam edir.

Herpesin əlamətləri

Genital herpesin ilk əlamətləri kimi adətən zədələnmə nahiyəsində yanma hissi, ağrı və şişkinlik müşahidə olunur. Bu simptomlar halsızlıq, hərarətin yüksəlməsi və baş ağrısı (qripdə olduğu kimi) ilə müşayət oluna bilər. Bir neçə gündən sonra içində şəffaf maye ilə dolu olan kiçik qabarcıqlar əmələ gəlir. 
Qabarcıqlar ağrılı qırmızı xoracıqlar əmələ gətirməklə partlayırlar. Əgər xoracıqlar cinsi orqanlarda yerləşirsə, ağrılı sidik ifrazı mümkündür. Səpgilər 14 gün ərzində sağalır. Çox zaman genital herpes əlamətsiz keçir.

Herpes virusunun diaqnostikası

Tipik simptomlar zamanı diaqnostika kliniki mənzərəyə əsaslanır. Herpes virusunun laborator diaqnostikası qan zərdabında herpes virusuna qarşı xüsusi anticisimlərin təyin olunmasından və ya qan hüceyrələri, tüpürcək, ciinsi orqanların selikli qişalarında herpes virusunun antigeninin təyin olunmasından ibarətdir.

Herpesin müalicəsi

Herpesin, xüsusilə də xroniki təkrarlanan formaların müalicəsi böyük çətinliklər törədir. Genital herpesin müalicəsinin əsasını virus əleyhinə preparatlar təşkil edir. 
Genital herpesin müalicəsi zamanı xəstəyə kliniki əlamətlərin itməsinə qədər cinsi həyatdan çəkinmək tövsiyə olunur. Pasiyentlərin cinsi partnyorlarını müayinə etmək və onlarda herpes əlamətləri aşkarlanarsa - müalicə etmək lazımdır. 
Müasir müalicə metodları herpes virusundan tamamilə azad olmağa imkan yaratmır. Müalicə cinsi orqanda səpgilərin sağalmasını tezləşdirir, residiv riskini azaldır, lakin virusu tamamilə məhv etməyə müvəffəq olmur.

Herpes virusunun profilaktikası

Cinsi yolla keçən infeksiyalar - qorunma metodları və profilaktika üsülları haqqında- Cinsi yolla keçən xəstəliklər bölməsində oxumaq olar.

Müəllif: Dr. Orxan Ağabəyov