Yüklənir...
Trixomoniaz - trixomoniaz mualicesi
Trixomoniaz - cinsi yolla ötürülən xəstəliklərə aiddir. Trixomoniazın törədicisi - uşaqlıq yolu trixomonada-sı adlanır (Trichomonas vaginalis). Trixomoniaz - ən geniş yayılmış zöhrəvi xəstəliklərdən biridir. Qadınlarda uşaqlıq yolu, kişilərdə isə - sidik kanalı və prostat vəzi zədələnir.
Trixomoniaz ilə yoluxma
Əksər hallarda trixomoniaz ilə yoluxma vaginal cinsi əlaqə zamanı baş verir. Oral və anal cinsi əlaqə zamanı yoluxma az ehtimal olunur.
Nadir hallarda trixomoniaz ilə məişət yolu ilə - trixomoniaz ilə xəstə insanın şəxsi gigiyena əşyalarından (dəsmal, hamam lifi, sabun və s.) istifadə etməklə yoluxmaq olar.
Trixomoniazın inkubasiya dövrü
İnkubasiya dövrü 1 - 4 həftə təşkil edir.
Trixomoniazın əlamətləri
Qadınlarda trixomoniazın əlamətləri :
- uşaqlıq yolundan ifrazat (adətən sarı, bəzən xoşagəlməz qoxu ilə) ;
- xarici cinsiyyət orqanlarının qaşınması və qızartısı ;
- sidik ifrazı zamanı ağrı ;
- cinsi əlaqə zamanı ağrı.
Kişilərdə trixomoniazın əlamətləri :
- sidik kanalından ifrazat ;
- sidik ifrazı zamanı ağrı və yanma hissi ;
- prostat vəzin zədələnməsi zamanı - prostatit simptomları.
Həm kişilərdə, həm də qadınlarda əksər hallarda trixomoniazın əlamətləri biruzə vermir.
Trixomoniazın diaqnostikası
Trixomoniazın diaqnostikasında ümumi yaxmadan istifadə olunur. Qadınlarda uşaqlıq yolundan ifrazatı, kişilərdə isə - sidik kanalından ifrazatı və prostat vəzin şirəsini müayinə edirlər. Ümumi yaxmanın nəticəsini daha dəqiq müayinə metodu - PZR ilə təsdiq edirlər.
Trixomoniazın müalicəsi
Müalicəni həm kliniki simptomların olması zamanı, həm də simptomsuz gediş zamanı aparırlar. Müalicənin əsasını nitroimidazol qrupu preparatları təşkil edir.
Xəstəliyin törədicisindən hər iki cinsi partnyor eyni zamanda canını qurtarmalıdır. Müalicə müddətində cinsi həyatı dayandırmaq, həmçinin alkoqol və acı yeməklərdən imtina etmək, həddindən artıq fiziki və ruhi gərginliklərdən çəkinmək lazımdır. Müalicədən sonra mütləq kontrol müayinə olunmalıdır. Yalnız bundan sonra həkim deyə bilər ki, trixomoniaza qalib gəlinmişdir.
Trixomoniazın profilaktikası
Cinsi yolla keçən infeksiyalar - qorunma metodları və profilaktika üsülları haqqında- Cinsi yolla keçən xəstəliklər bölməsində oxumaq olar.
Müəllif: Dr. Orxan Ağabəyov