Yüklənir...
Papilloma - papillomavirus - cinsi orqanda et xali - papillomavirus mualicesi - hpv virusu - kisilerde papilloma virusu - papilloma virusu mualicesi
İnsan papilloma virusu (İPV) və ya Human papillomavirus (HPV) – hal-hazırda ən geniş yayılmış infeksiyalardan biridir, dəri və selikli qişalarda papillomaların inkişaf etməsi xarakterizə olunur. Həmin virusun təzahürləri - cinsi orqanın ətrafıında sivri uclu kondilomalardır (ziyillər, ət xalları). Ziyillər və ya ət xalları (kondilomalar) solğun - boz, bəzən açıq çəhrayı və ya piqmentli gövdə üzərində törəmə kimi təyin edilir. Virusun əsas təhlükəsi yalnız törəmələrin bilavasitə əmələ gəlməsində deyil, müxtəlif onkoloji xəstəliklərin inkişaf ehtimalını bir neçə dəfə artıra bilmək qabiliyyətindədir.
Paillomavirus arasında iki növ ayırd edilir : «yüksək kanserogen riskli» viruslar, «aşağı kanserogen riskli» viruslar. Birincilər orqanizmə daxil olduğu zaman uşaqlıq boynu xərçənginin yaranma riskini xeyli artırırlar; onlara aşağıdakı tiplər aiddir: 16, 18, 31, 33, 35, 39, 45, 51, 52, 56, 58, 59, 68, 82 (daha çox uşaqlıq boynu xərçənginə ilk iki tip səbəb olur). «Aşağı kanserogen riskli» viruslar uşaqlıq yolunun xərçəng və xərçəngönü xəstəliklərinə nadir hallarda səbəb olurlar, bunun əvəzində onlar tez - tez genital ziyillərin (kondilomaların) təzahürlərinin səbəbi olurlar, bu tiplər aşağıdakılardır : 6, 11, 40, 42, 43, 44, 53, 54, 61, 72, 73, 81.
İnsan papillomu virusu cinsi yolla ötürülən infeksiyalara aiddir. Yoluxma çox zaman uşaqlıq yolu, düz bağırsaqda cinsi əlaqə zamanı, daha az - oral cinsi əlaqə zamanı baş verir.
Papilloma virusunun əlamətləri
Papillomalar daha çox cinsi əlaqə zamanı travmatik zədələnməyə məruz qalan yerlərdə lokallaşır (yerləşir).
Kişilərdə sivri uclu papillomalar cinsi orqanın kənarı, başı və boynunda, sidik kanalının xarici dəliyinin nahiyəsində, bəzən isə kanalın özündə yerləşir.
Qadınlarda adətən böyük və kiçik cinsiyyət dodaqları, dodaqların arxa birləşməsi, bəzən - uşaqlıq yolu divarları və uşaqlıq yolu boynu zədələnir. Uşaqlıq yolu boynunun təcrid olunmuş zədələnməsi olduqca nadir hallarda müşahidə olunur. Oral və anal cinsi əlaqə zamanı ağız - udlaq ,düz bağırsaq (anus) zədələnir.
Papillomaların inkubasiya dövrü 3 həftədən 8 aya qədər, orta hesabla - 2 - 3 ay təşkil edir. Bəzən papillomavirus orqanizmdə latent vəziyyətdə (ət xalı yaranmadan) bir neçə il ərzində saxlanır.
Papilloma virusunun diaqnostikası
Törədicinin(papilloma) müəyyən edilməsi üçün PZR metodu istifadə olunur. PZR-ın yüksək həssaslığına baxmayaraq, simptomsuz PZR zamanı virusu hər zaman müəyyən etmək mümkün olmur. Bu həmin infeksiyaların aşağıdakı xüsusiyyətləri ilə bağlıdır :
• PZR infeksiyası qeyri - müəyyən zaman latent (yatmış) vəziyyətdə qala bilər. Bu zaman dəri və selikli qişaların dərinliyində yerləşir, lakin üz səthə çıxmırlar. Bu cür vəziyyətdə onu PZR metodu ilə müəyyən etmək çətindir.
• PZR infeksiyası əksər hallarda dərinin böyük sahələrini, o cümlədən cinsi orqanlar, qasıq dərisini və anus ətrafındakı dərini zədələyir. Bu vaxt simptomların olmaması zamanı tam aydın deyil ki, dərinin hansı sahəsinin müayinəsi daha düzgün olacaqdır.
Buna görə də mənfi PZR nəticəsi papilloma virusunun mövcudluğunu istisna etmir.
Papilloma virusunun müalicəsi
Cinsi orqanların papillomavirusun müasir müalicəsi aşağıdakılardan ibarətdir : elektro - və ya lazer koaqulyasiyası vasitəsilə, kriodestruksiya (soyuqla dağılma) ilə, eləcə də kimyəvi maddələrin vasitəsilə papillomaların çıxarılması, immunomodulyatorlarının tətbiq olunması. Papillomaların kəsilib götürülməsi əsasən kosmetik məsələni həll edir, belə bir məlumat yoxdur ki, papillomaların çıxarılması orqanizmdən papilloma virusunun tamamilə xaric edilməsinə və ya onun cinsi yolla ötürülmə riskinin azalmasına səbəb olduğunu təsdiq etsin.
Papillomanın profilaktikası
Cinsi yolla keçən infeksiyalar - qorunma metodları və profilaktika üsülları haqqında- Cinsi yolla keçən xəstəliklər bölməsində oxumaq olar.
Müəllif: Dr. Orxan Ağabəyov