Yüklənir...

Prostat adenoması

Prostat adenoması

Prostat adenoması - Prostat adenomasinin mualicesi - Prostat adenomasinin mualicesi - Prostat vezinin adenomasinin mualicesi - Prostatda duyun - Prostatda boyume - Prostat boyumesi - Prostat boyumesinin mualicesi - Prostat vezin hiperplaziyasi

Prostat vəzinin adenoması (prostat vəzinin xoşxassəli hiperplaziyası, PVXH) – bu 40-50 yaşdan yuxarı olan kişilərdə rast gəlinən, prostat vəzidə inkişaf edən xoşxassəli şişdir. Prostat adenoması özü özlüyündə prostat vəzi toxumasının böyüməsi və orada xoşxassəli təsisatların (şişlərin, "düyünlərin") əmələ gəlməsidir. Belə ki, prostat vəzi sidik ifrazı kanalının da bir hissəsini əhatə edir, böyüməsi zamanı onu da sıxır ki, nəticədə sidik ifrazı da çətinləşir. Prostat adenomasının səbəbləri

Prostat adenomasının əsas inkişaf səbəbi – kişinin orqanizmində yaşla əlaqədar olaraq baş verən hormonal dəyişiklərdir. Eyni zamanda, xəstəliyin yaranamasında həyat tərzi də əhəmiyyətlidir – zəif fiziki aktivlik, oturaq iş, siqaret çəkmə və alkoqol qəbulu, kiçik çanaqda durğunluq proseslərini provokasiya edir. Kişilərdə prostat vəzinin böyüməsi əsasən 40 yaşından sonra başlayır. 50 yaşdan sonra kişilərin yarısından çoxu prostat vəzinin adenoması xəstəliyindən əziyyət çəkir.

Prostat adenomasının əlamətləri

• Tez-tez olan sidik ifrazı;

• Gecə saatlarında yuxu pozulmasına da səbəb olmaqla sidik ifrazı tələbatı;

• Sidik axının təzyiqinin zəifləməsi, zəif, nazik, aralıqla olan sidik axını;

• Ehtiyacın yaranmasından sonra dərhal sidiyə getmək zərurəti;

• Sidik kisəsinin tam olaraq boşalmadığı hissi, 5-10 dəqiqə fasilə ilə iki dəfə dalbadal sidiyə getmə;

• Sidik ifrazı zamanı gücənmə zərurəti;

• Sidik kisəsinin dolu olması zamanı sidiyin saxlanmaması;

• Sidik ifrazından sonra sidiyin damcı ilə ifraz olması.

Prostat adenomasının mərhələləri

1. Birinci mərhələ. Sidik ifrazının başlamasının gecikməsi və onun tez-tez olması ilə xarakterizə edilir. Bu halda sidik kisəsi tam olaraq boşalır. Birinci mərhələnin müddəti fərdidir – 1 ildən 10-12 ilə qədər ola bilər.

2. İkinci mərhələ. Xəstəliyin ikinci mərhələsində pozuntular daha ifadəlidir: sidik axını daha qırıq-qırıq olur, gücünmə zərurəti və sidik kisənin tam olaraq boşalmadığı hissi yaranır. Sidik kisəsində sidik qalmağa başlaylr ki, bu da onun sidik ifrazı yollarında qalmasına və onların iltihabına gətirib çıxarır. Bu özünü sidik ifrazı zamanı ağrılar, "yanma" hissi, qasıqüstü nahiyədə və qurşaqda ağrılarda təzahür edir.

3. Üçüncü mərhələ. Sidiyin böyük həcmdə yığılması nəticəsində sidik kisəsi olduqca güclü şəkildə genəlir, sidik ancaq damcılarla gəlir, orada qan və sidiyi bulanıq edən digər qarışıqlar olur. Adenomanın üçüncü mərhələsi böyük miqdarda sidik qalığı, sidiyin böyrəklərdən axmasının pozulması, böyrəklərin funksiyasının (böyrək çatışmamazlığı) pozulması ilə xarakterizə edilir.

Prostat adenomasının diaqnostikası

Postat vəzinin adenomasının diaqnostikası üçün aşağıdakı tədqiqat metodlarından istifadə edirlər:

- böyrəklərin, kiçik çanaq orqanlarının qalıq sidiyin həcminin müəyyən edilməsi ilə ulrtasəs müayinəsi;

- prostat xərçənginin istisna edilməsi məqsədi ilə qanda PSA səviyyəsinin müəyyən edilməsi;

- sidiyin ümumi analizi;

- urofloumetriya (sidik ifrazı sürətinin müəyyən edilməsi);

- endoskopik tədqiqat metodları.

Prostat adenomasının profilaktikası

Cinsi əlaqənn normal ritminə riayyət etmək (uzun müddətli fasilələrə yol verməmək) və daima fiziki fəallığı qorumaq lazımdır ki, kiçik çanaq nahiyəsində venoz durğunluğa mane olasınız. Arzuediləndir ki, özünüzü istiotlu və duzlu yeməklərdən, eləcə də alkoqoldan uzaq tutasınız. Gündəlik rasiona mümkün qədər çox təzə meyvə, tərəvəz və təbii şirələr daxil etmək lazımdır.

Prostat adenomasının müalicəsi

Prostat adenomasının müalicəsi üçün çoxlu sayda metodlar mövcuddur. Onlar müxtəlif və yüksək səmərəlidirlər. Bu üsulları iki qrupa bölmək olar:

1. Medikamentoz müalicə

2. Operativ müalicə metodları

Hətta sidiyin axın pozulmasının əlamətləri çox da ciddi görünmürsə də belə, sözsüz ki, prostat adenomasınn müalicəsi vacibdir. Təəsüf ki, Azərbaycanda prostat vəzi xəstəliklərinin açıq-aşkar əlamətlərinin olmaması halında, yoxlanma ənənəsi mövcud deyil (kişilərə 40 yaşından sonra ildə 1 dəfə prostatın vəziyyətinin tədqiq edilməsi tövsiyyə edilir), baxmayaraq ki, erkən mərhələdə xəstəliyin inkişafını dayandrımaq mümkündür. Daha sonrakı mərhələlərdə xəstəlik həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır və ağırlaşmanın inkişafı təhlükəsi yüksəlir. Buna görə də xəstəliyi düzgün diaqnostikası və müalicəsi üçün vaxtında həkim məsləhətindən istifadə etmək lazımdır. Uğurlar!

Müəllif: Dr. Orxan Ağabəyov