Yüklənir...
Prostatit mualicesi - Prostat vezin mualicesi - Prostat agrilari - Prostat soyuqdeyme - Prostat vezinin mualicesi
Kişi olmaq - böyük məsuliyyət tələb edir. Axı məhz güclü cinsin nümayəndələrinin üzərinə ailəni təmin etmək, hər gün kişi adlandırmaq hüququnu sübut etmək, bütün cəbhələrdə - ictimai, sevgi, ailə, karyerada qələbə qazanmaq öhdəliyi düşür. Bu cür gərgin həyat ritmi müxtəlif fəsadlara gətirib çıxarır - stresslərdən başlayaraq sidik - tənasül sisteminin xəstəliklərinə qədər. Ən sıx təsadüf olunan kişi problemlərindən biri - prostatitdir.
Prostatit nədir?
Prostatit - "kişinin ikinci ürəyi" olan prostat vəzin iltihabıdır. Prostatit - kişilərin ən geniş yayılmış uroloji xəstəliyidir.
Prostatit kəskin və xroniki olur. Kəskin prostatit olduqca nadir hallarda təsadüf olunur və aralıq nahiyəsində kəskin ağrılar, tez - tez, ağrılı sidiyə getmə, bədən hərarətinin yüksəlməsi və pis ümumi əhval - ruhiyyə ilə fərqlənir.
Prostatit daha çox xroniki formada inkişaf edir və 20 yaşdan 50 yaşa qədər olan 30 % kişilərədə təsadüf edilir. Prostatit - çox hiyləgər xəstəlikdir və uzun müddət özünü biruzə verməyə bilər və ya aralıq, qasıqüstü nahiyələrdə, xayalarda, beldə tək - tük ağrılarla müşayət oluna bilər. Kişi buna heç bir əhəmiyyət vermir, prostatit isə bu zaman xroniki formaya keçir.
Baxın - Məqalə - Prostat vəzinin normal ölçüləri
Prostatitin əlamətləri
1. Aralıq, qasıq nahiyəsi, qasıq üstündə vaxtaşırı, uzun çəkməyən ağrılar ;
2. Sidik ifrazı ilə problemlər - sidik ifrazı zamanı yanma hissi və ya zəif sancı ; tualetə getdikdən sonra elə hiss qalır ki, elə bil sidik kisəsi tam boşalmayıb ;
3. Sidik kanalından az miqdarda şəffaf və ya bir qədər bulanıq ifrazat ;
5. Cinsi həvəsin (libidonun) azalması ;
6. Cinsi aktın müddətinin dəyişilməsi (tez boşalma və ya boşalmanın gecikməsi) ;
7. Orqazmın keyfiyyətinin azalması.
Prostatitin səbəbləri
• həddən artıq soyuqlama - (orqanizmin ümumi soyuqlaması - pis isidilən otaqlar, soyuq və nəm səthlərdə oturma, maşının soyuq oturacaqları, balıq tutma, hovuz, soyuqda isladılmış ayaqlar və s.) ;
• cinsi həyatın dizritmiyaları (qeyri - müntəzəm cinsi aktlar - yarımçıq qalmış, uzadılmış, olduqca tez - tez; cinsi əlaqədən uzun müddət çəkinmə) ;
• oturaq iş, az hərəkətli həyat tərzi (sürücülər, kompüterdə işləyənlər, zehni əmək işçiləri, ofis işçiləri, məmurlar) ;
• kəskin prostatit və cinsi yolla ötürülən xəstəliklərin səhv müalicəsi ;
• cinsi partnyorların tez - tez dəyişməsi, prezervativlərdən istifadə etməmək ;
• alkoqol, siqaret çəkmədən sui - istifadə, acı ədviyyat ;
• həddindən artıq yorulma, stresslər, müntəzəm az yatma, idmançılarda həddən artıq məşq etmə, həddən artıq işləmə, qeyri - müntəzəm və düzgün olmayan qidalanma və sağlam həyat tərzinə uyğun olmayan digər amillər.
Bütün sadalanmış amillər prostatın yerli immunitetini azaldır, onun qanla təchiz olunmasını pozur, durğunluq hallarına səbəb olur, mikrobların daxil olmasına və iltihabi prosesin inkişaf etməsinə səbəb olur.
Proatatitin diaqnostikası
Prostatitin diaqnostikası mütləq aşağıdakılardan ibarət olmalıdır :
1. Prostatit üçün səciyyəvi olan pasiyent şikayətlərinin yığılması.
2. Müxtəlif laborator və instrumental analizlər :
• Sidiyin ümumi analizi ;
• Prostat şirəsinin müayinəsi ;
• Bakterioskopiya (uretradan yaxma) ;
• Cinsi yolla ötürülən infeksiyaların (xlamidiya, mikoplazma, ureaplazma və digər mikrobların) DNT diaqnostikası ;
• Ultrasəs diaqnostikası
Prostatitin profilaktikası
Prostatit - sağalmasından çox yol verilməməsi daha asan olan xəstəlikdir. Aşağıdakı bir neçə sadə məsləhətlərə riayət etmək lazımdır:
• üşüməməyə, avtomobillərin soyuq oturacaqlarında, nəm daşların üzərində, bordurlarda və s. oturmamağa çalışın ;
• əgər siz oturaq işdə işləyirsinizsə (məsələn, kompüter arxasında), bir saatdan bir ayağa qalxmağa və açılışmağa çalışın ; peşəkar sürücülərə qızdırıcısı olan oturacaqlarda oturmaq məsləhət görülür ;
• müntəzəm gigiyena və cinsi həyat rejiminə riayət edin (yarımçıq qalmış, dayandırılmış cinsi akt təcrübəsindən istifadə etməyin) ;
• sidik kisəsini daha tez - tez boşaldın (gündə 5 - 6 dəfə normal hesab olunur) ;
• cinsi yolla ötürülən infeksiyaların yoxlanılması və müalicəsi ;
• payız - qış mövsümündə vitaminlərin müntəzəm qəbulu ;
• sinir – psixi və həddən artıq fiziki gərginliyin aradan qaldırılması ;
• tam dəyərli istirahət, aktiv həyat tərzi, idmanla məşğul olma, gəzintilər, turizm.
Prostatitin müalicəsi
Prostatitin müalicəsi kompleks şəkildə, əsaslı fərdi seçilmiş olmalıdır. Müasir tibbin potensialında prostatitin əlamətlərini aradan qaldırmaq, sizə xoşbəxt intim həyatı və sağlam nəsili təmin edən davamlı, uzun müddətli remissiya(prostatitin əlaməti olmayan dövr) əldə etmək üçün üsullar mövcuddur!
Müəllif: Dr. Orxan Ağabəyov
Paylaş: