Yüklənir...
Prostatitin müalicəsi - prostatit mualicesi - prostat mualicesi
Prostatit ― 35-55 yaşlı kişilərin 35-40%-ində müşahidə olunan prostat vəzin kəskin və ya xroniki iltihabıdır. Pasiyentin yaşı nə qədər çox olarsa, xəstəliyin yaranma riski də bir o qədər yüksək olar. Bir çox kişi bu diaqnozu sanki bir hökm kimi qəbul edir, çünki prostatitin ən çox yayılmış fəsadları ― cinsi zəiflik, erkən boşalma, sonsuzluq və sidikçıxarma problemləridir. Prostatitin müalicəsinə vaxtında başladıqda onun ağırlaşmalarının qarşısını almaq və dayanıqlı remissiyaya(əlamətsiz dövr) nail olmaq mümkün olur.
Prostatit, yoxsa prostat adenoması?
Bu iki xəstəliyi çox vaxt qarışıq salırlar və ya bir xəstəlik kimi qəbul edirlər. Əslində isə, onlar fərqli mahiyyətə və gedişat xarakterinə malik olan xəstəliklərdir.
Xüsusiyyətlər | Prostatit | Prostat adenoması |
Pasiyentlərin yaşı | 35―45 yaş | 45 yaşdan yuxarı |
Xəstəliyin mahiyyəti | İltihabi proses | Xoşxassəli şiş |
Ağrı sindromu |
Xəstəliyin kəskin forması zamanı müşahidə olunur |
Xəstəliyin 2-3-cü mərhələlərində yaranır |
Qızdırma | Xəstəliyin kəskin forması zamanı müşahidə olunur | Yoxdur |
Sidik ifrazının pozulması | Xəstəliyin kəskin forması zamanı yaranır | Həmişə müşahidə olunur |
Potensiyanın(Cinsi qabiliyyətlərin) zəifləməsi | Müşahidə olunur | Müşahidə olunur |
Prostatitin müalicəsi
Prostatitin qarşısını almaq onu artıq yarandıqdan sonra müalicə etməkdən qat-qat daha asandır. Bunun üçün aşağıdakı tövsiyələrə riayət etmək kifayətdir:
Kəskin prostatitin müalicəsi
Antibakterial terapiya. Antibiotikləri təyin etməzdən əvvəl həkim infeksiyanın törədicisini müəyyən etmək üçün pasiyentə analizlər təyin edilir. Bundan sonra xəstəlik törədən mikroorqanizmlərin aktivliyini yatırmağa və iltihabi prosesi aradan qaldırmağa kömək edən preparatlar seçilir.
Simptomatik müalicə. Əlavə olaraq androloq ağrıkəsici, sidikqovucu, işlətmə, vitamin, immunomodullaşdırıcı və digər preparatları təyin edə bilər.
Xroniki prostatitin müalicəsi
Antibakterial terapiya. Müalicə kursu 14―28 gün təşkil edir və onu sonadək tamamlamaq lazımdır, hətta xəstəliyin əlamətləri bir həftədən sonra yoxa çıxsa belə. Antibiotiklər infeksiyanı aradan qaldırmaq və orqanizmdə iltihabi prosesləri yatırmaq məqsədilə təyin edilir.
Simptomatik müalicə. Göstərişlərdən asılı olaraq, androloq pasiyentə ağrıkəsici, spazmolitik, iltihabəleyhinə, immunomodullaşdırıcı, vaskulyar və digər preparatlar təyin edə bilər.
Fizioterapevtik müalicə. Göstərişlərdən asılı olaraq, androloq elektrostimulyasiya, lazer- və ya maqnit terapiyası təyin edə bilər. Prosedurlar qan dövranını yaxşılaşdırır, iltihabəleyhinə təsir göstərir, reproduktiv funksiyanın bərpasına kömək edirlər.
Müəllif: Dr. Orxan Ağabəyov