Yüklənir...
Vezikulit nədir?
Vezikulit – hər hansı başqa bir infeksion-iltihab mənşəli xəstəliyin ağırlaşması nəticəsində inkişaf edən toxum kisəciklərinin iltihabıdır. Adətən vezikulit sidik-tənasül sisteminin başqa xəstəlikləri fonunda yaranır, lakin ona ümumi infeksion xəstəlik də səbəb ola bilər. Vezikulitin yaranmasının ən çox yayılmış səbəbi xroniki prostatitdir. Vezikulit sidik-tənasül sistemi xəstəliyinin ağırlaşması nəticəsində yarandıqda, infeksiya toxum (sperma) axarı vasitəsilə toxum kisəciklərinə düşür, digər hallarda isə infeksiya adətən qanla keçir.
Vezikulitin səbələri
Hipotermiya (həddindən artıq soyuğa məruz qalma).
İmmunitetin zəifləməsi.
Azhərəkətli həyat tərzi.
Tez-tez qəbizliyin yaranması.
Oturaq iş.
Həddindən artıq cinsi aktivlik və ya, əksinə, uzun müddət ərzində cinsi aktivlikdən çəkinmə;
Xroniki iltihabi xəstəliklər.
Vezikulitin əlamətləri
- aralıq nahiyədə və qasığın üst tərəfində belə, qasıq nahiyəsinə və ya oma sümüyünə vuran ağrılar;
- ağrı defekasiya və sidik kisəsi dolu olduğu zaman güclənir;
- defekasiya zamanı uretradan ifrazatlar.
- eyakulyasiya (toxum axıtma) zamanı ağrı;
- spermada qan;
Vezikulitin profilaktikası
Vezikulitin yaranmasının qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər özünə aşağıdakıları daxil edir:
- əsas xəstəliyi (ən çox xroniki prostatiti) vaxtında müalicə etmək;
- orqanizmi həddindən artıq soyuğa verməmək;
- qəbizlik zamanı – işlətmə dərmanlarından istifadə etmək;
- oturaq iş zamanı – aktiv istirahət üçün müntəzəm olaraq fasilələr etmək;
- müntəzəm cinsi həyat sürmək.
Vezikulit necə müalicə olunur?
Başlanğıcda vezikulitin müalicəsi özünə aşağıdakı tibbi preparatların qəbulunu daxil edir: geniş təsir spektrinə malik olan antibiotiklər; işlətmə preparatları; ağrıkəsici preparatlar. Yadda saxlamaq lazımdır ki, yalnız həkim dəqiq diaqnoz qoya və vezikulitin düzgün müalicəsini təyin edə bilər. Vaxtında adekvat terapiyanın tətbiq olunmaması ağırlaşmaların inkişaf etmə ehtimalını yüksəldir.Tədbirli olun və öz sağlamlığınızı qoruyun!
Müəllif: Dr. Orxan Ağabəyov
Paylaş: