Yüklənir...
tripit xesteliyi mualicesi - tripit xesteliyi - tripit xesteliyi elametleri - qonoreyanin mualicesi - tripit xesteliyi kisilerde - qonoreya nedir - süzənəyin müalicəsi
Qonoreya (tripper, süzənək) - cinsi yolla ötürülən ən geniş yayılmış infeksiyalardan biridir, qonokokklar tərəfindən törədilir, və sidik kanalını ( uretranı ), uşaqlıq yolunu, uşaqlıq boynunu, düz bağırsağı, ağız - udlağı, eləcə də gözün qişasını zədələyə bilər. Qonoreya(tripper) ilə yoluxma
Əksər hallarda qonoreya(tripper) ilə yoluxma vaginal (uşaqlıqyolu) və anal(düz bağırsağ) cinsi əlaqə zamanı baş verir. Oral seks zamanı da yoluxma mümkündür. Məişət yoluxması az ehtimal olunandır.
Qonoreyanın(tripper) inkubasiya dövrü
Kişilərdə qonoreyanın(tripper) inkubasiya dövrü adətən 2 gündən 5 günədək , qadınlarda isə - 5 gündən 10 günədək davam edir.
Qonoreyanın(tripper) əlamətləri
Kişilərdə qonoreyanın(tripper) əlamətləri :
- sidik kanalından sarımtıl - ağ ifrazat ;
- sidik ifrazı zamanı ağrı ;
Qadınlarda qonoreyanın(tripper) əlamətləri :
- uşaqlıq yolundan sarımtıl - ağ ifrazat ;
- sidik ifrazı zamanı ağrı ;
- menstruasiya arası qanaxmalar ;
- qarının aşağı hissəsində ağrılar.
Qadınlarda qonoreya(tripper) çox zaman əlamətsiz keçir. Əgər hətta əlamətlər yaransa belə, onları hər zaman düzgün qiymətləndirmirlər. Məsələn, uşaqlıq yolundan sarımtıl - ağ ifrazatı qadınlar adətən kandidoz (göbələk infeksiyası), sidik ifrazı zamanı ağrını - sistit ilə əlaqələndirirlər .
Qonoreyanın(tripper) diaqnostikası
Süzənəyin diaqnostikasında ümumi yaxmadan istifadə edirlər. Ümumi yaxmanın nəticələrini isə daha dəqiq müayinə metodu olan - PZR ilə təsdiq edirlər.
Tripperin(qonoreya,süzənək) müalicəsi
Qonoreyanın(tripper) müalicəsində antibiotiklər təyin olunur. Müalicənin vaxtından əvvəl dayandırılması yolverilməzdir, tam müalicə kursunu keçmək lazımdır, çünki hətta ilk yaxşılaşmalarda və süzənəyin zahiri əlamətlərinin yox olmasında belə törədici (qonokokk) orqanizmdə qalır və xəstəlik xroniki formaya keçir. Müalicə kursundan sonra təkrar müayinə olunmaq tövsiyyə olunur. Partnyorların hər ikisi eyni zamanda müalicə olunmalıdır, əks halda siz asanlıqla təkrar yoluxa bilərsiniz.
Süzənək ilə xəstələnmə zamanı şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək lazımdır, tualetə getdikdən sonra əlləri mütləq sabunla yumaq lazımdır. Kişilər sidik kanalından irini sıxıb çıxarmamalıdır - bu infeksiyanın yayılmasına səbəb ola bilər.
Müalicə müddətində cinsi həyatı dayandırmaq, həmçinin alkoqol və acı yeməklərdən imtina etmək, həddindən artıq fiziki və ruhi gərginliklərdən çəkinmək lazımdır.
Qonoreyanın(tripper) profilaktikası
Cinsi yolla keçən infeksiyalar - qorunma metodları və profilaktika üsülları haqqında- Cinsi yolla keçən xəstəliklər bölməsində oxumaq olar.
Müəllif: Dr. Orxan Ağabəyov