Yüklənir...
Uretrit xesteliyi - uretrit nədir - sidik kanalinda agri - kisilerde sidik yolunda goyneme
Uretrit – sidik kanalının(uretra) iltihabıdır. Sidik-cinsiyyət siteminin ən geniş yayılmış xəstəliyi - uretritdir. Uretritlər iki qrupa bölünürlər: spesifik və qeyri-spesifik uretritlər. Spesifik uretritlər - cinsi infeksiya ilə yoluxma nəticəsində yaranır, qonokokk, xlamidiya, trixomonada, mikoplazma, ureaplazma, qardnerella kimi infeksiyalar, spesifik uretritin əsas törədiciləridir. İnfeksiyalar digər bakteriyalar, viruslar (herpes) və göbələklərlə birlikdə mövcud ola bilərlər, lakin cinsi yolla ötürülən infeksiya mövcuddursa, onda uretrit spesifik sayılır.
Qeyri-spesifik uretritlər şərti-patogen mikroflora ilə yaranırlar – streptokokk, stafilokokk, bağırsaq çubuqları, protey, göbələklər və s. Spesifik və qeyri-spesifik uretritlərin əlamətlərində, xəstəliklərin inkişafında və onların müalicəsində prinsipial fərqlər mövcud deyildir. Onlar arasında bircə fərq vardır – əgər cinsi infeksiya aşkar edilibsə, pasientin bütün partnyorları müayinə edilib müalicə edilməlidir.
Bundan əlavə toksik, allergik və digər uretritlərə (sidik yolu kanalının, sidik kateterləri, daşlar da daxil olmaqla yad cisimlərlə zədələnməsi və s.) rast gəlinir ki, onlar yoluxma ilə əlaqəli deyildir, lakin onlar nadir hallarda qeydə alınırlar.
Uretrit əlamətləri
Kişilərdə uretrit əlamətləri yoluxmadan təxminən 5-10 gün sonra müəyyən edilir, lakin aylar keçdikdən sonra da təzahür edilməsi halları da nadir deyildir.
Uretritin əsas əlamətləri aşağıdakılardır:
Uretritin ağırlaşması
Kişilərdə uretritin aşağıdakı ağırlaşmaları qeyd edilir:
Uretritin diaqnostikası
Beləliklə, əgər siz özünüzdə sidik kanalından ifrazatın olması, sidiyə gedən zaman yanmanı, sidik kanlında diskomfort hiss edirsinizsə, onda dərhal həkimə müraciət etmək lazımdır. Birinci növbədə, uretritin səbəbini təyin etmək üçün, PZR diaqnostika(cinsi infeksiyaların təyini) keçiriləcək. Əlavə olaraq, digər orqanlarda( ilk növbədə prostat vəzi və toxum kisəcikləri) da iltihabi prosesin olub-olmaması öyrəniləcək.
Uretritin müalicəsi
Uretritin əsas müalicəsi – antibakterial terapiyadır. Müxtəlif preparatlar mövcuddur və ilk növbədə müayinələrinin nəticələrinə əsaslanaraq, hər bir pasient üçün daha səmərəli olanı seçilir. Ümumi müalicə kursu bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər və uretritin ağırlığı və dərəcəsindən asılıdır. Müalicə, adətən ev şəraitində aparılır və əgər ilk əlamətlər olduğu təqdirdə başlayırsa, uğurlu olur.
Müəllif: Dr. Orxan Ağabəyov